📢 Belqrada səfər etməyi planlaşdıran müştərilərimizin diqqətinə!
Bildiyiniz kimi, Serbiyanın paytaxtı Belqradda seçkiqabağı dövrlə əlaqədar olaraq kütləvi tədbirlər və mitinqlər keçirilir. Bu, uçuşlarınıza mane olmasa da, şəhər daxilində hərəkətinizi və nəqliyyatınızı müvəqqəti olaraq gecikdirə bilər.
✈️ Səfərinizin tam rahat və təhlükəsiz keçməsi üçün tövsiyə edirik:
- Mərkəzi küçələrdəki kütləvi yığıncaqlardan uzaq durun;
- Transfer və gəzintilərinizi əvvəlcədən planlaşdırın;
- Suallarınız və ya bilet dəyişikliyi ilə bağlı hər zaman bizimlə əlaqə saxlaya bilərsiniz!
Səfəriniz təhlükəsiz və xoş keçsin! 🌍💼